Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn atadan “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı. Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.
Heftelik.az-ın məlumatına görə, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntüdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.
Qeyd edilib ki, araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə iyunun 27-də xitam verilib”.
Xatırladaq, iyunun 19-da saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib.