Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.

İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki “Feltins Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə – Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, “Feltins Arena”.

23:00. İspaniya – Gürcüstan

Baş hakim: Fransua Leteksye (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.