Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində İngiltərə və Slovakiya qarşılaşıb.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, qarşılşamanın 25-ci dəqiqəsində İvan Şrants Slovakiya yığmasını hesabda önə çıxarıb.
Ancaq komanda üstünlüyü sona qədər qoruya bilməyib. 90+5-ci dəqiqədə Cud Bellingem İngiltərə millisinin bərabərlik qolunu vurub. Qarşılşamanın 90 dəqiqəsi heç-heçə bitdiyindən əlvə 30 dəqiqəlik vaxta ehtiyac duyulub. 91-ci dəqiqədə Harri Keyn İngiltərə millisinin ikinci qolunu vurmağa müvəffəq olub. Beləliklə komanda 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Düsseldorfda keçiriləcək.