Bakı-Sumqayıt avtobus marşrutlarında bir gediş üzrə qiymət dəyişib.

Heftelik.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası bu barədə qərar verib.
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilib.
Qeyd edək ki, bundan öncə Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik təsdiq edilmişdi.