Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hetelik.az-ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov APA-ya bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.

Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.

Sonra Bəşir yoldaşından ayrılıb, başqası ilə ailə həyatı qurub. Bir neçə gün bundan əvvəl yenə də onların arasında mübahisə yaranıb. Buna dözməyən Bəşir atalarından yadigar qalan ov tüfəngini götürüb Namiki qətlə yetirib, sonra da həmin ov tüfəngi ilə üz nahiyəsinə atəş açaraq, özünü də öldürmək istəyib.

Hazırda faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

***

29 iyun, saat 23.46

Astarada güllələnmə nəticəsində bir nəfər ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Astara rayon Şüvi kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib.

Sonra o özünü öldürmək məqsədilə baş nahiyyəsindən atəş açıb. Bəşir İsrafilov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.