Ərazi polis orqanı tərəfindən yaradılan komissiya ərizə əsasında silah və sursat satılan yerlərin yoxlanılmasını həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Komissiyanın tərkibinə polis, sanitar xidmətinin, digər təşkilatların əməkdaşları daxil edilir. Yoxlamanın nəticəsi barədə komissiya tərəfindən akt tərtib edilir. Aktda satışın həyata keçirilməsi üçün ayrılmış yerlərin müvafiq tələblərə cavab verməsi, silah və sursatın saxlanılması üçün xüsusi anbarın (otağın) olub-olmaması və onun lazımi tələblərə cavab verib-verməməsi göstərilir. Akt komissiya üzvləri tərəfindən imzalanır.