Goranboyda 40 yaşlı Yardımlı sakini Pərviz Əliqulu oğlu Şərbətov dünyasını dəyişib.
Heftelik.az-ın “Unikal”a istinadən verdiyi məlumata görə, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Pərviz Şərbətovun vəziyyəti toy məclisində qəfil pisləşib və ölüb.
Bildirilib ki, Pərviz Şərbətov kapitandır. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Onun ölüm səbəbinin ürəktutmadan olduğu bildirilib.
Müdafiə Nazirliyi də zabitin ölümü ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.