Bir şəxsə hansı saydan artıq mülki silahın alınmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilə bilməyəcəyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Bir şəxsə yeddi ədəddən artıq mülki silahın alınmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilə bilməz. İncəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların alınmasına say (yivli lüləli mülki silah istisna olmaqla) məhdudiyyəti qoyulmur.