Notarius ekspertiza təyin edilməsi haqqında qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Qərarda aşağıdakılar göstərilir:
– qərarın tərtib olunduğu tarix, qərar çıxarmış notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;
– ekspertiza təyin olunmasını xahiş etmiş şəxsin soyadı, adı və atasının adı, onun yaşayış yeri;
– barəsində ekspertin rəyi tələb olunan məsələlər;
– ekspertiza aparılması tapşırılan ekspert idarəsinin (ekspertin) adı.