Diplomatik nümayəndəliyə məxsus xidməti silah Azərbaycan Respublikasına gətirildikdə 3 gün ərzində giliz və güllə nümunələrinin götürülməsi üçün Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
İcazə verilməsindən imtina edilərsə, həmin xidməti silahın Azərbaycan Respublikasına gətirilməsinə, ölkə ərazisində saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə yol verilmir. Diplomatik nümayəndəliyə məxsus xidməti silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə üç il müddətinə verilir.