Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi, Azərbaycan Respublikasının ərazisində onların olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətinin uzadılması, onlara müvəqqəti və ya daimi yaşamaq üçün icazənin və iş icazəsinin verilməsi (müddətinin uzadılması) haqqında müraciətə baxılmasında süründürməçiliyə yol verilməsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya müraciətə baxmaqdan əsassız imtina edilməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir.