İbtidai araşdırmanın aparılması zamanı müstəntiq və ya təhqiqatçı şübhəli, təqsirləndirilən şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə, istintaq hərəkətlərinin aparılmasında iştirak edən digər şəxslərə onların hüquq və vəzifələrini, habelə üzərlərinə qoyulmuş vəzifələrin icra edilməməsinin nəticələrini izah etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.