İnzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
İnzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarların qəbul olunmasına və ya qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması əsas hesab edilərək, müvafiq qərarın qəbulundan imtina edilməsinə, yaxud fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədlərin qəbulundan imtina edilməsinə görə vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.