Sahibi vəfat etmiş yivli və yivsiz ov silahları 10 gün müddətində ərazi polis orqanına təhvil verilir, qohumlarının razılığı ilə silahın qeydiyyatının dəyişdirilməsi və ya satışa verilməsi məsələsinə baxılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki silahın qeydiyyatının bir şəxsin adından başqasının adına dəyişdirilməsinə yol verilir. Belə halda silahı verən və alan şəxslərin iştirakı ilə ərizələr təqdim edilir. Silahın qeydiyyatı dəyişdirilir və silah sahiblərinin uçotu kitabında, şəxsi işlərində müvafiq dəyişikliklər edilir. Yararsız vəziyyətdə olan (təmiri mümkün olmayan) odlu silahın qeydiyyatı dəyişdirilə bilməz. Belə silahlar ərazi polis orqanına ödənişsiz təhvil verilir və uçotdan çıxarılır.