Notarius protestin bir surətini özündə saxlamalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Bu surətdə aşağıdakılar göstərilməlidir:

– veksel məbləği;

– ödəniş müddəti;

– protestin tərtib etdiyi yer və tarix;

– veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə, onun adı.