Vərəsəlik işi üzrə icraatın aparılması beynəlxalq müqaviləyə görə vətəndaşı ölmüş xarici dövlətin idarələrinin səlahiyyətinə aid edilmişsə, miras daşınar əmlakın notariat ofisi həmin dövlətin diplomatik və ya konsul nümayəndəliyinin tələbi ilə ona verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq olaraq, xarici dövlətin qanunlarında nəzərdə tutulmuş forma üzrə tərtib edilmiş vəsiyyətnamə vəsiyyət edənin ölümündən sonra açılıb elan olunmaq üçün notariusa təqdim edildikdə, notarius vəsiyyətnamənin məzmununu elan edir, vəsiyyətnamənin vəsiyyəti və məzmunu haqqında protokol tərtib edir.