Notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Siyahı iki nüsxədə tərtib olunur, sənədləri saxlanılmaq üçün verən şəxs və notarius tərəfindən imzalanır. Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.