Bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində DGK əməkdaşı Vahid Əmirli dünyasını dəyişib.

Heftelik.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, digər əməkdaşlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və hazırda onların müalicəsi davam etdirilir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişən əməkdaşın ailəsinə və yaxınlarına başsağlığı verib: “Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərliyi əməkdaşların ailələri ilə əlaqədədirlər və bütün zəruri tədbirlər həyata keçirilir”.

***

Saat 10.30

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-n APA-ya istinadən verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri, 36 yaşlı Pəri Vəliyeva, 29 yaşlı Seyidağa Səmədov və 40 yaşlı İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.