Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat hər bir halda cinayət işinin başlanmasından ən geci 10 (on) gündən artıq olmayan müddətdə başa çatır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat şikayətin daxil olduğu vaxtdan 10 (on) gün müddətində, bu Məcəllənin 295.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 20 (iyirmi) gün müddətində aparılır.