Qərarın arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması, yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə sübutları təqdim etdikdə arbitraj qərarı məhkəmə tərəfindən tam və ya qismən ləğv edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Arbitraj sazişini və ya iddia tələbini əhatə edən məsələlər üzrə qərarlar həmin sazişin və ya iddia tələbinin əhatə etmədiyi məsələlər üzrə qərarlardan ayrıla bilərsə, yalnız arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarları ehtiva edən hissələr ləğv edilə bilər.