Yerli arbitraj məhkəməsinin qərarı məhkəmə tərəfindən Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada ləğv edilmişdirsə, bu qərarın məcburi icrasının təmin edilməsi barədə ərizə verilmiş məhkəmə ərizəni qəbul etməkdən imtina edir.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ərizə borclunun yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə, borclunun yaşadığı yer (hüquqi şəxsin olduğu yer) məlum olmadıqda isə əmlakının olduğu yer üzrə kommersiya məhkəməsinə verilir.