İtirilmiş icraat üzrə məhkəmə aktının bərpası haqqında ərizəyə baxılması onun saxlanılması müddəti ilə məhdudlaşmır.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Lakin itirilmiş icraatın bərpa edilməsi üçün ərizə məhkəmə aktının icra edilməsi məqsədi ilə, icra vərəqəsinin məcburi icraya təqdim edilməsi müddəti keçdikdə və bu müddət məhkəmə tərəfindən bərpa edilmədikdə verilərsə, məhkəmə ərizə üzrə icraata xitam verir.