Arbitraj icraatının tərəfləri arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının arbitraj məhkəməsi tərəfindən ləğv edilməsi, icrasının dayandırılması və ya dəyişdirilməsi barədə məhkəməyə dərhal məlumat verməlidirlər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə bu halları qiymətləndirdikdən sonra öz mülahizəsi əsasında arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərarın ləğvi və ya müvəqqəti təminat tədbirinin bir növünün digəri ilə əvəz edilməsi barədə qərar qəbul edir.