Gərginliyi 1000 V-dan yuxarı olan elektrik mühərriklərinin, həmçinin yüksək təhlükəli və ya xüsusi təhlükəli yerləşgələrdə yerləşən gərginliyi 1000 V-dək olan elektrik mühərriklərinin, məsafədən idarəetmə qurğusundan başqa işəsalma qurğusunun qarşısında dielektrik xalçalar, rütubətli yerləşgədə isə izoləedici altlıqlar olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Qırılmış, sallanan, yaxud yerə və döşəməyə düşmüş məftilləri, həmçinin bu məftillərə toxunan və ya ilişən tros, ip, məftil qırıqlarını tapdalamaq və ya onlara toxunmaq qadağandır.