Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir.
Ekspertizanın təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
– qərarın çıxarıldığı tarix, vaxt və yer;
– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;
– ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;
– aşkar edildiyi və götürüldüyü yer, vaxt və şərait göstərilməklə ekspertizaya göndərilən maddi sübutlar və digər obyektlər, ekspertiza işin materialları üzrə aparıldıqda isə ekspertin gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar;
– ekspert qarşısında qoyulan suallar;
– ekspertizanın aparılması tapşırılan ekspert idarəsinin adı və ya şəxsin soyadı.