Gərginlik altında işlər işçi gərginlik və ya induksiyalanmış gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmaqla və ya bu cərəyandaşıyan hissələrə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda göstərilən icazə verilən məsafədən az məsafədə görülən tədbirlərdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi çıxarmaqla görülən işlər işlər icra olunacaq elektrik qurğusunun cərəyandaşıyıcı hissələrindən kommutasiya aparatlarının açılması və şinlərin, kabellərin, naqillərin ayrılması ilə gərginlik götürüldükdən və cərəyandaşıyıcı hissələrə gərginliyin verilməsinin qarşısını alan tədbirlər görüldükdən sonra aparılan işlərdir.