Gərginliyi 0,4 – 10 kV olan hava xəttində gərginliyin olmamasının yoxlanılması və torpaqlayıcının qoyulması yerində yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Metal diyircək roliklərdə və ya sıxaclarda olan naqillər və ya troslar üçün bu roliklərin (sıxacların) çənbərində torpaqlayıcını qoymaq kifayət edir. Roliklərin (sıxacların) metal çənbəri ilə dəmir-beton dayağın metal konstruksiyası və ya armaturu arasında təbii kontakt olduqda metal rolikin (sıxacın) torpaqlanması üzrə əlavə tədbirlər görülmür.