Gərginliyin olmaması gərginlik göstəricisi vasitəsilə yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginlik göstəricisinin sazlığı öncədən bu məqsədlər üçün nəzərdə cihazlarla və ya gərginlik altında olan cərəyandaşıyan hissələrə yaxınlaşmaqla yoxlanılmalıdır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında gərginlik göstəricilərindən istifadə dielektrik əlcəklər və onunla birlikdə üzü qoruyan mühafizə vasitələri ilə həyata keçirilməlidir.