Hər gün işlər tamamlandıqdan və elektrik qurğularına baxış bitdikdən sonra iş icraçısı (nəzarətçi) açarları təhvil verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Daimi operativ heyəti olmayan elektrik qurğularında açarlar baxış bitdikdən və ya işlərin tamamlanmasından sonra növbəti iş günündən gec olmayaraq təhvil verilməlidir. Açarların verilməsi və təhvil alınması qaydası bu Qaydaların tələbləri nəzərə alınmaqla, elektrik qurğusunun istismarçısı tərəfindən müəyyən edilir.