Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki istefa verib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Mehmet Özhaseki X hesabında paylaşım edib.
Prezident Rəcəb Tayyob Ərdoğana etimadına görə təşəkkürünü çatdıran Mehmet Özhaseki sağlıq durumu ilə əlaqədar postundan istefa verdiyini açıqlayıb.
Mehmet Özhaseki bundan sonra qurulacaq Ailə Fondunda çalışacağını qeyd edib.