Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarın tanınması və ya icra olunması üçün müraciət etmiş arbitraj icraatı tərəfi həmin tədbirlər arbitraj məhkəməsi tərəfindən ləğv edildikdə, icrası dayandırıldıqda və ya dəyişdirildikdə dərhal bu barədə məhkəməyə məlumat verməlidir.