Səyyar torpaqlanma naqilinin en kəsiyi “Elektroenergetika haqqında” qanuna əsasən təsdiq edilən elektrik qurğularının quraşdırılması qaydalarına (“Elektrik qurğularının quraşdırılması Qaydaları”) uyğun olaraq təyin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında cərəyandaşıyan hissələrin fazaları (qütblər) işlər üçün açılmış sahənin gərginlik verilə biləcək hər tərəfindən torpaqlanmalıdır.