Tədqiqat üçün nümunələrin götürülməsinin şərtləri məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara bilər:
– nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin, heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə;
– nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda.