Müstəntiqin göstərişi və ya icazəsi ilə şəxsin tanınması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tanıyan şəxs şahid və ya zərər çəkmiş şəxs olduqda, o, əvvəlcədən ifadə verməkdən imtina etməyə, boyun qaçırmağa, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti haqqında, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edilir.