Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən çatdırılan korrespondensiyalar və digər göndərişlər istisna olmaqla üzərinə həbs qoyula bilən poçt, teleqraf və digər göndərişlərə aşağıdakılar aiddir:

– bütün növlərdən olan məktublar;

– teleqramlar;

– radioqramlar;

– banderollar;

– sovqatlar;

– poçt konteynerləri;

– pul baratları.