Bu gün gecə saatlarında Beyləqan rayonunda baş verən 3 yol-nəqliyyatı hadisəsi nəticəsində 5 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza zamanı ölən şəxslər Beyləqan rayon Şahsevən kənd sakinləri – 1971-ci il təvəllüdlü Ağayev Məcid Şahlar oğlu, Əbilov Nəsimi Novruz oğlu, Beyləqan Rayon Mərkəzi xəstəxanasının tibb bacısı, 1965-ci il təvəllüdlü Hüseynova Sabirə Sümbət qızı, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Hüseynov Nizami İsa oğlu və 1987-ci il təvəllüdlü Vəliyev Hafiz Fəyyaz oğludur.
Yaralılar isə Beyləqan rayon sakinləri- 1978-ci il təvəllüdlü Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü Bəndəliyev İmaməddin Murtuza oğlu, Bakı sakinləri – 2017-ci il təvəllüdlü Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.
Baş vermiş hadisələrlə bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başlanılıb.