Elektrik stansiya və yarımstansiyalarının ərazisində, habelə istehsalat yerləşgələrində yerləşdirilən avadanlığa xidmət göstərməyən şəxslərin müşayiətsiz orada qalması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik stansiya və yarımstansiyalarında istehsalat yerləşgələri və qurğuları daxilində və xaricində olduğu kimi, onlara bitişik ərazinin keçidləri və yolları, girişləri və çıxışları işıqlandırılmalı, həmin keçid və yerlər boş saxlanılmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır. Həmin keçid və yolları bağlamaq, orada yük yığıb saxlamaq qadağandır. Bu keçidlər, yollar, həmçinin pilləkənlər, meydançalar və onların məhəccərləri saz və təmiz saxlanmalı, qış mövsümündə qardan-buzdan təmizlənməli və qarlı havada onlara qum səpilməlidir.