Paylayıcı qurğunun yığma şinlərinə bir torpaqlanma qurğusu quraşdırmaq kifayət edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Açılmış xətt ayırıcısında işləyərkən ayırıcıda torpaqlanma bıçaqlarının mövcudluğundan asılı olmayaraq, HX-nin enmə naqillərinə əlavə səyyar torpaqlanma qurğusu quraşdırılmalıdır. Bu torpaqlanma ayırıcı açılan və qoşulan zaman pozulmamalıdır. Elektrik qurğularının torpaqlanan hissələrinin gərginlik altında olan cərəyandaşıyan hissələrdən ayrılması vizual görünən olmalıdır.