Xüsusi işlərə nələrin daxil olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Xüsusi işlərə aşağıdakılar daxildir:
– hündürlükdə aparılan işlər;
– bir-biri ilə ikinci tərəf dövrələri ilə birləşdirilmiş idarəetmə, siqnalizasiya, avtomatlaşdırma, mühafizə və ölçmə cihazlarında işlər, elektrik enerjisi uçotu cihazları, dispetçer və texnoloji prosesə nəzarət vasitələri, avtomatlaşdırılmış dispetçer idarəetmə sistemləri istisna olmaqla, elektrik qurğusunda gərginlik altında aparılan işlər;
– meqaommetr ilə iş istisna olmaqla, elektrik avadanlığının yüksəldilmiş gərginliklə sınağı;
– induksiya edilmiş gərginlik altında işlər;
– təzyiq altında işləyən avadanlığa xidmət.