Elektrotexniki təsərrüfat elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və istehlakı üçün nəzərdə tutulmuş, bir-biri ilə əlaqəli avadanlıqlar, elektrik qurğuları və onlara aid tikililər kompleksidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İnduksiya edilmiş gərginlik altında işlər – elektrik qurğusundan və ya onun bir hissəsindən işçi gərginliyin çıxarılması yolu ilə, 25 V-dan çox induksiya edilmiş gərginlik altında olan cərəyandaşıyan hissələrə toxunmaqla və ya bu cərəyandaşıyan hissələrdən “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları” qeyd ediləndən az məsafədə görülən işdir.