Arbitraj icraatının tərəflərinin razılığı ilə ərizə arbitrajın keçirildiyi yer üzrə və ya ərizəni təqdim etmiş tərəfin yaşadığı (hüquqi şəxsin olduğu) yer üzrə kommersiya məhkəməsinə verilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Ərizə arbitraj qərarının könüllü icrası müddətinin bitdiyi tarixdən 3 (üç) ildən gec olmayaraq verilə bilər.