Arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda, “Arbitraj haqqında” qanuna uyğun olmaması barədə sübutları təqdim etdikdə arbitraj qərarı məhkəmə tərəfindən tam və ya qismən ləğv edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə aşağıdakıları müəyyən etdikdə də arbitraj qərarı məhkəmə tərəfindən tam və ya qismən ləğv edilə bilər:

– Azərbaycan Respublikasının qanunvericiliyinə görə mübahisənin arbitrajda həll edilə bilməməsini;

– arbitraj qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu.