Meyitin qəbirdən çıxarılmasında müstəntiqin göstərişi və ya icazəsi ilə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Meyitin qəbirdən çıxarılması qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətinin protokolunu tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

– meyitin qəbirdən çıxarıldığı vaxt, tarix və yer;

– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

– meyitin qəbirdən çıxarılmasında iştirak etmiş məhkəmə təbabəti sahəsində mütəxəssisin vəzifəsi, soyadı, adı və atasının adı;

– meyitin qəbirdən çıxarılmasında iştirak etmiş şəxslərin soyadı, adı və atasının adi, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifələri, faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

– meyitin qəbirdən çıxarılmasında ölənin yaxın qohumlarının və ya onun qanuni nümayəndələrinin iştirak etdiyi halda, onların soyadı, adı, atasının adı, doğulduğu il, ay, gün, yer, habelə faktiki yaşadıqları və qeydiyyatda olduqları yer;

– meyitin qəbirdən çıxarılmasının xüsusiyyətləri, xüsusən fotoçəkiliş və ya meyitin qəbirdən çıxarılması zamanı video və kino çəkilişdən və ya digər texniki vasitələrdən istifadə edilməsi haqqında qeyd;

– müşahidə edilmə ardıcıllığı ilə meyitin qəbirdən çıxarılması zamanı bütün aşkar olunanlar.