Müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün əsasların olmadığı sonradan müəyyən edilərsə, arbitraj icraatında maraqlı şəxs arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası nəticəsində vurulmuş zərərin əvəzinin (arbitraj məhkəməsi tərəfindən bu barədə qərar qəbul edilməmişdirsə), habelə arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının məhkəmə tərəfindən tanınması və icrasına dair etirazla əlaqədar çəkilmiş xərclərin ödənilməsini bu qərarın tanınması və icrası üçün məhkəməyə ərizə vermiş tərəfdən məhkəmə qaydasında tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.