Naqilləri (trosları) anker aşırımlarında quraşdırarkən, o cümlədən hava xəttinin quraşdırılmış hissəsində anker dayaqlarında dairələri (şleyfləri) birləşdirdikdən sonra naqillər (troslar) ilk anker dayağında və son aralıq dayaqlarından birində torpaqlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İldırım boşalmalarından və digər ifrat gərginliklərin potensialın hava xəttinin quraşdırılması başa çatmış hissəsindən növbəti hissəyə ötürülməsinin qarşısını almaq üçün quraşdırılmış anker aşırımının son anker dayağında, eləcə də hava xəttinin quraşdırılmış hissəsində naqillərin (trosların) torpaqlanmasına yol verilmir.