Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şübhəli və ya təqsirləndirilən şəxsin poçt, teleqraf göndərişlərində və ya onların göndərdikləri, yaxud onlara başqa şəxslər tərəfindən göndərilən poçt, teleqraf və digər göndərişlərdə cinayət işi üzrə sübut əhəmiyyəti daşıyan məlumatların olmasını güman etməyə kifayət qədər əsaslar olduqda, müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı üzrə məhkəmə poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması haqqında qərar çıxarır. Poçt, teleqraf və digər göndərişlər üzərinə həbs qoyulması bu Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə həyata keçirilir.