Nasaz avadanlığı, həmçinin bloklama, mühafizə, siqnallayıcı, qəza açılması qurğuları nasaz olan avadanlığı istismar etmək qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Səhvən işə qoşulmasına (mühərrikin işə düşməsinə), öz-özünə yerdəyişməsinə və hərəkət etməsinə qarşı texniki tədbirlər görmədən avadanlığı təmir etmək qadağandır. Avadanlığı təmir etdikdən və ya təmizlədikdən sonra orada adamların, habelə kənar əşyaların qalmadığına əmin olunmalıdır.