Tədqiqat üçün nümunələrin götürülməsi məqsədi ilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Həmin qərarda aşağıdakılar göstərilməlidir:
– qərarın çıxarıldığı tarix, vaxt və yer;
– müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi;
– tədqiqat üçün nümunələrin götürülməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;
– tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, adı və atasının adı;
– tədqiqat üçün nümunələrin götürülməli olduğu şəxsin soyadı, adı və atasının adı;
– tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda götürülməli olduğu;
– tədqiqat üçün nümunələrin götürülməsi üçün şəxsin nə vaxt və kimin yanına gəlməli olduğu;
– tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə verilməli olduğu.