Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Tanınma başlanmazdan əvvəl müstəntiq tanınmalı olan şəxsə digər şəxslər sırasında istənilən yeri tutmağı təklif edir. Tanıyan şəxsin təhlükəsizliyinin təmin edilməsi məqsədilə və ya onun tələbi ilə şəxsin tanınmaya təqdim edilməsi tanıyan şəxsin tanınmalı olan şəxs tərəfindən vizual müşahidəsini istisna edən şəraitdə aparıla bilər.