Üzləşdirmə iştirakçılarının əvvəlki dindirmələrdə verdikləri ifadələrin səsləndirilməsinə onların üzləşdirmə zamanı ifadə verməsindən və həmin ifadələrin protokola daxil edilməsindən sonra icazə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Müstəntiq üzləşdirməni video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmәklә həyata keçirmək hüququna malikdir.

Üzləşdirmənin aparılması barədə müstəntiq protokol tərtib edir və protokolda aşağıdakı məlumatları göstərir:

– üzləşdirmənin aparıldığı tarix, vaxt və yer;

– müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

– üzləşdirmə iştirakçılarının soyadı, adı və atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, ailə vəziyyəti, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

– üzləşdirmə iştirakçılarına onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi barədə qeyd;

– üzləşdirmənin xüsusiyyətləri, xüsusən üzləşdirmə zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

– üzləşdirmə iştirakçılarına verilmiş suallar və bu suallara onların cavabları, habelə işin hallarının mahiyyəti barədə onların ifadələri.